Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Tanınmış ilahiyyatçı: “Öpüşməklə oruc pozulmur”

Ramazanda mübahisə yaradan bəzi suallara aydınlıq gətirilib.

Türkiyənin tanınmış ilahiyyatçısı Nihad Hatipoğlu “Oruclu biri həyat yoldaşını öpərsə, orucu pozularmı?”, “Qadın və kişi orucludursa, onlar öpüşərsə, bu orucu pozarmı?” kimi Ramazanda mübahisə yaradan suallara aydınlıq gətirib.

Din.az-ın məlumatına görə, ilahiyyatçı bildirib ki, öpüşmək orucu pozmur, amma belə hallardan uzaq olmaq məsləhətdir.

“Ər və həyat yoldaşı arasında öpüşmə normaldır. Tutaq ki, evin xanımı ərini işə yola salarkən yanağından öpüb. Yaxud evə qayıdarkən ər və arvad bir-birilərini öpə və qucaqlaşa bilərlər. Bu mümkün haldır və qəbahət deyil. Çünki Peyğəmbərimizin buna icazə verdiyini bilirik. Bu məsələdə əsas olan həddi aşmamaqdır. İmkan varsa, belə hallardan uzaq dursunlar. Çünki oruclu olarkən hər şeyə diqqət etmək lazımdır. Amma yalnız öpməklə oruc pozulmaz”, – deyə N.Hatipoğlu vurğulayıb. (azvision.az)

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...