Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Tarixdə ilk dəfə kilsə rəhbəri qadın olacaq

Xanım Melissa Skelton kilsənin arxiyepiskopu və mitropoliti olacaq.

Kanadada Anqlikan kilsəsinin rəhbəri tarixdə ilk dəfə qadın olacaq.

Din.az bildirir ki, xanım Melissa Skelton Britaniya Kolumbiyası vilayətində və Yukon ərazisində kilsənin arxiyepiskopu və mitropoliti olacaq.

Bu yeni postla yanaşı, M.Skelton Nyu Uestminster şəhər yeparxiyasında yepiskop vəzifəsində çalışmaqda davam edəcək.

Qeyd edək ki, M.Skelton ABŞ-da vəkil ailəsində anadan olub. Bundan əvvəl, o, “Proctor & Gamble” və “Tom’s of Maine” şirkətlərində ticarət markasının idarəçisi olub. / Trend.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...