Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Tarixi eksponat oğurlandı – VİDEO

Share Button

Abşeron rayonunda oğurluq olub. “Din.az” xəbər verir ki, hadisə Mədəniyyət və Turizm Nazirliyinin “Yanardağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunda qeydə alınıb. Belə ki, həmin təbiət qoruğuna daxil olan “Əli daşı” pirindən tarixi eksponat oğurlanıb. Ərazidən oğurlanan tarixi eksponat Həzrət Əlinin adı ilə bağlı ikihissəli daşdan biridir. Eksponat qədim qəbiristanlıqda yerləşir. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində […]

Abşeron rayonunda oğurluq olub.

“Din.az” xəbər verir ki, hadisə Mədəniyyət və Turizm Nazirliyinin “Yanardağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunda qeydə alınıb.

Belə ki, həmin təbiət qoruğuna daxil olan “Əli daşı” pirindən tarixi eksponat oğurlanıb. Ərazidən oğurlanan tarixi eksponat Həzrət Əlinin adı ilə bağlı ikihissəli daşdan biridir. Eksponat qədim qəbiristanlıqda yerləşir.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2 may 2007-ci il tarixli sərəncamı ilə “Yanardağ” ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan olunub. Qoruğun ərazisi isə 64,55 hektar təşkil edir. Bu əraziyə Qurd yuvası, min yaşı olan iki qəbiristanlıq ve qədim məscid, “Qotur su” bulağı, “Əli daşı”, Kardaşı, Qırməki vadisi və Yanardağ aiddir.

“Din.az” mövzu ilə bağlı videoxəbəri təqdim edir:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir