Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

TBMM-dən “erməni soyqırımı” ilə bağlı qərara – Sərt reaksiya

“1915-ci illə bağlı əsassız iddialar heç zaman qəbul edilməyəcək”.

Türkiyə Böyük Millət Məclisi Hollandiya parlamentinin üst palatasının 1915-ci il qondarma erməni soyqırımı ilə bağlı qətnamə qəbul etməsinə münasibət bildirib.

Din.az xəbər verir ki, TBMM Hollandiyanın qərarını şiddətlə qınayıb.

TBBM-dən verilən bəyanatda 1915-ci illə bağlı əsassız iddiaların qəbul edilmədiyi və qərarın heçə sayıldığı bildirilib.

Qeyd edək ki, Hollandiya parlamentinin üst palatası 1915-ci il qondarma erməni soyqırımı ilə bağlı irəli sürülən qətnaməni qəbul edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...