Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

TBMM sədri: Ermənistan rəhbərliyindəki insanlar Xocalı qətliamının törədilməsində iştirak ediblər

Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı açıqlama …

“Ermənistan dövləti Xocalı soyqırımına görə üzr istəyənə qədər bu ağrı-acımız dinməyəcək”.

Türkiyə Böyük Millət Məclisinin sədri İsmail Qəhrəman Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı açıqlama yayıb.

Din.az APA-ya istinadən xəbər verir ki, İ. Qəhrəman bəşəriyyət tarixinin ən vəhşi qətliamlarından birinin Xocalıda törədildiyini, Ermənistan ordusunun işğalı altında olan Xocalıda 26 il əvvəl 613 günahsız insanın qəddarlıqla qətlə yetirildiyini bildirib.

Türkiyə parlamentinin sədri bugünkü Ermənistan rəhbərliyindəki insanların da Xocalı qətliamının törədilməsində iştirak etdiyini qeyd edib: “Bu qətliam insanlıq tarixində utanc səhifəsi kimi yer alıb. Aradan 26 il ötməsinə baxmayaraq, Xocalı qətliamını törədənlər hələ beynəlxalq məhkəmələr qarşısına çıxarılmayıb. Xocalı qətliamının ağrısını ürəklərimizdə hiss edirik. Vəhşicəsinə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə anıram. Türkiyə və Azərbaycan kədəri və sevinci ortaq olan iki ayrı dövlətdir. Bu soyqırımı törədənlər məhkum edilənə və Ermənistan dövləti Xocalı soyqırımına görə üzr istəyənə qədər bu ağrı-acımız dinməyəcək. BMT-dən gözləntimiz Xocalı qətliamını törədənlərin cəzalandırılması, Dağlıq Qarabağ və Azərbaycanın digər bölgələrinin işğaldan azad edilməsində aktiv rol oynamasıdır”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...