Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Təbriz ayağa qalxır: Ərk qalasında kütləvi etiraz – Video

Ərk qalasında qazıntı işləri aparılır.

Təbrizin tarixi Ərk qalasında qazıntı işlərinin aparılmasının qarşısını almaq üçün etiraz aksiyasına çağırış edilib.

Din.az bildirir ki, azərbaycanlılar bu gün yerli vaxtla saat 18:00-da Ərk qalasının ətrafında insan zənciri təşkil edərək, Müsəlla Fondunun parkinq tikmək bəhanəsi ilə tarixi qalanı məhv etməsinə etiraz edəcəklər.

Qeyd edək ki, ötən günlərdə güneyli soydaşlarımız virtual aləmdə Ərk qalasında qazıntı işlərinin aparılmasını əks etdirən videolar yayıblar.

Tarixi Ərk qalası Elxani hökmdarları Sultan Xudabəndənin və Əbu Səidin vəziri olmuş Tacəddin Əlişahın göstərişi ilə hicri-qəməri təqvimi ilə 716-724-cü (miladi 1338-1345-ci) illərdə tikilib. Qacarlar dövrünə qədər Ərk qalası dövlət qəsri kimi istifadə edilib, sonralar isə Səttarxan, Bağırxan və digər Təbriz mücahidlərinin sığınacaqlarından biri olub. / Axar.az

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...