Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Təbrizdə Azərbaycandakı məscidlərin fotosərgisi açılıb

İran İslam Respublikasının Təbriz şəhərində “Azərbaycan İslam mədəniyyətinin incisidir” mövzusunda fotosərginin açılışı olub. “Din.az” xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən xəbərə görə, açılış mərasimində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Təbriz şəhər bələdiyyəsinin sədri Sadiq Nəcəfi, İranın Şərqi Azərbaycan valisinin müavini Səid Şəbüstəri, ziyalılar, şəhər […]

İran İslam Respublikasının Təbriz şəhərində “Azərbaycan İslam mədəniyyətinin incisidir” mövzusunda fotosərginin açılışı olub.

“Din.az” xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən xəbərə görə, açılış mərasimində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Təbriz şəhər bələdiyyəsinin sədri Sadiq Nəcəfi, İranın Şərqi Azərbaycan valisinin müavini Səid Şəbüstəri, ziyalılar, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

img_3825_115

Təbriz bələdiyyəsinin muzeyində keçirilən fotosərgidə Azərbaycanın Bakı, Naxçıvan, Gəncə, Astara və başqa şəhərlərindəki məscidlərin böyük formatlı fotoları nümayiş etdirilir. Sərgidə Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki məscidlər haqqında materiallar da yer alıb.

img_3812(1)_500

Açılışda iştirak edən Təbriz şəhərinin sakinlərinə məscidlər haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, ermənilər Azərbaycanın Dağlıq Qarabağ bölgəsini yalnız hərbi işğala deyil, həm də mənəvi işğala məruz qoyublar. Qədim Şuşa və Ağdam şəhərlərindəki məscidlər ermənilər tərəfindən dağıdılıb və təhqir edilib. Bu, ermənilərin İslam mənəviyyatına təcavüzü deməkdir.

img_3821(1)_774

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...