Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Təbrizlilərə peyk antenaları yığışdırmaqla bağlı xəbərdarlıq edilib

Polisdən xəbərdarlıq: Peyk antenalarından istifadə etməyin.

Təbriz Şəhər Polis İdarəsi bildiriş vərəqələri yayaraq, əhaliyə peyk antenalarını yığışdırmaqla bağlı xəbərdarlıq edib.

Din.az Axar.az-a istinadən xəbər verir ki, “Polis xəbərdarlığı” adı ilə hazırlanan bildiriş vərəqələri şəhərin müxtəlif məntəqələrində yayılıb, hətta evlərə də paylanılıb.

Bildirişlərdə peyk antenalarından istifadənin qadağan edildiyi, buna görə vətəndaşların məsuliyyətə cəlb oluna biləcəyi vurğulanıb. Polis təbrizlilərə peyk antenalarını yığışdırmaq üçün 72 saat vaxt verib.

Şərqi Azərbaycan Teleradio Şirkətinin rəisi Möhsün Lətifinin elan etdiyi son rəsmi məlumata görə, Təbrizdə əhalinin 44 faizdən çoxu peyk antenalarından istifadə edir, onlardan ən azı 75 faizi Azərbaycan Respublikası və Türkiyə kanallarını izləyir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...