Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

TƏHLÜKƏ: Uşaqlara telefon verməyin – ARAŞDIRMA

Telefonun cəlbedici olması uşaqlar tərəfindən marağa səbəb olur.

Mobil telefonun sağlamlığımıza mənfi təsirləri var.

Din.az Metbuat.az-a istinadən xəbər verir ki, bu təsirlər özünü daha çox uşaqlarda göstərir. Onların vucüdunun gənc və sağlam olması mobil telefonun zərərlərini daha tez qəbul edir.

Uşaqlara mobil telefon vermək düzgündürmü?

Psixoloq Elnur Rüstəmov deyib ki, öncə uşağın telefondan necə istifadə etdiyinə diqqət etmək lazımdır. Nəyə qulaq asır, izləyir:

“Onların yaşlarına uyğun olmayan nələrəsə baxmaları düzgün deyil. Bütün bunlar uşaqların gələcək inkişafına, psixologiyalarına təsir göstərir. Hətda gələcəkdə nitqində də qüsurlar yarada bilər”.

Psixoloq qeyd edib ki, normalda 3 yaşına qədər olan uşaqlara telefon verilməməlidir:

“Telefonun cəlbedici olması uşaqlar tərəfindən marağa səbəb olur. Burada əsas problem radiasiyanın təsiridir. Körpələrdə bu daha tez hiss olunur. Ona görə də, körpələri bu kimi vasitələrdən maksimum uzaq tutmaq lazımdır. Mobil telefon uşaqlara müəyyən vaxt ərzində, valideyn nəzarətində verilməlidir. Onların nələrə baxdıqlarına nəzarət olunmalıdır”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...