Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Tehran derbisində rəzalət – hər iki komandanın tərəfdarları “Ölüm olsun türkə” şüarı səsləndirdilər – VİDEO

“Ölüm olsun türkə” şüarının səsləndirildiyi görüş İran televiziyasında da yayılıb.

Din.az A24.az-a istinadən xəbər verir ki, Tehran derbisində “İstiqlal” və “Piruzi” komandalarının tərəfdarları hamısı birlikdə “ölüm olsun türkə” şüarı qışqırıblar.

Hadisə martın 1-i Təbriz vaxtı ilə saat 15:45-də paytaxt komandalarının Azadı stadionunda keçirdiyi görüş zamanı baş verib. Qarşılaşma super liqa yarışlarının 25-ci həftəsi çərçivəsində keçirilib.

“Ölüm olsun türkə” şüarının səsləndirildiyi görüş İran televiziyasında da yayılıb.

Yuxarıda adları çəkilən Tehran komandalarının görüşlərində belə faktlara tez-tez rast gəlinir. Futbol Federasiyasının İnzibati Komitəsi isə paytaxt komandalarını, tərəfdarlarının irqçi hərəkətlərinə görə cəzalandırmır

Bu arada super liqa yarışlarının 25-ci həftəsində Təbrizin “Traxtur” futbol komandası Tehranın “Peykan” takımı ilə qarşılaşıb. Martın 1-i yerli vaxtla saat 15:00-da Təbrizin səhənd stadionunda başlayan görüş 0:1 hesabı ilə qonaq komandanın xeyirinə yekunlaşıb. “Peykan”a qələbə qazandıran qol oyunun 16-cı dəqiqəsində Mehdi Mömini tərəfindən vurulub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...