Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Tehran həbsxanasında azərbaycanlıya işgəncə verilir

İ.Nuri Babək qalası yürüşünə bir neçə gün qalmış saxlanılıb.

İranın paytaxtı Tehranda Evin zindanında saxlanılan azərbaycanlı milli-mədəni fəal İbrahim Nurinin işgəncələrə məruz qaldığı bildirilib.

Din.az xəbər verir ki, zindanın 209-cu korpusunda biradamlıq kamerada saxlanılan İ.Nurinin yaxınları ilə görüşə bilmədiyi deyilib.

Onun qaranlıq otaqda, gözübağlı şəkildə ruhi və fiziki işgəncələr altında dindirildiyi vurğulanıb.

Qeyd edək ki, İ.Nuri iyulun 2-də, Babək qalası yürüşünə bir neçə gün qalmış Tehranda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq, ETTALAAT-ın nəzarətində olan Evin zindanının 209-cu korpusuna aparılıb. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...