Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Tehran kitabxanasından türklərə aid nadir tarixi nüsxə əldə edilib

“Kitabi-məzhər əttürki” əsərinin surəti əldə olunub.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Əbdürrəhim Şirvaninin Tehranın Məclis kitabxanasında saxlanan Əfşarlar dövrünə aid türk dilinin leksika və qrammatikasından bəhs edən “Kitabi-məzhər əttürki” əsərinin surətini əldə edib.

Din.az xəbər verir ki, müqəddimə, 4 fəsil və nəticədən ibarət olan bu kitabda Azərbaycan, Osmanlı, özbək dillərinin xüsusiyyətləri araşdırlır, farsdilli əhaliyə bu dillər barədə məlumat verilir. Müəllif ayrı-ayrı sözlərin mənasını, leksik, morfoloji xüsusiyyətlərini izah edərkən Nəvai, Füzuli və başqa şairlərin əsərlərindən nümunə kimi istifadə edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...