Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Tehranda 11 məktəb bağlana bilər – SƏBƏB

“11 məktəbi ləğv etməkdən başqa çarə qalmayıb”.

“İranın paytaxtı Tehranda mülkiyyət hüququ qurumlardan birinə aid olan 11 məktəbin bağlanması ilə 8 min məktəblinin taleyi naməlum qalacaq”.

Din.az xəbər verir ki, bunu İranın Tehran Şəhər Təlim-Təhsil İdarəsinin baş direktorunun müşaviri Məsud Seqəfi deyib.

M.Seqəfinin sözlərinə görə, Tehran şəhərində 11 məktəbin ərazisinin mülkiyyət hüququna sahib qurumlardan biri bu məktəblərin bağlanmasına qərar verib.

Tehranda 4 mindən çox məktəbin fəaliyyət göstərdiyini deyən Seqəfi əlavə edib ki, hazırda 47 məktəb fiziki, 23 məktəb isə hüquqi mülkiyyətdir:

“Mülklərin satışı və kirayəsi ilə bağlı qiymətlərin artması bəzi fiziki mülk sahiblərinin təlim-təhsil idarəsinə təzyiqini həddindən artıq çoxaldıb. Nəticədə, hüquqi şəxslərin də təzyiqləri artıb”.

Seqəfi təzyiqlərin artdığı halda, 11 məktəbi ləğv etməkdən başqa çarənin qalmadığını deyib. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...