"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Bütün xəbərlər »
Qaynar Xəbərlər
2_842

Tehranda beynəlxalq Quran sərgisi açılıb – FOTO

Share Button

Sərginin əsas eksponatlarından biri Çin dilinə tərcümə edilmiş müqəddəs Quran nüsxəsidir

Tehranda beynəlxalq Quran sərgisi keçirilir. Bu, İran paytaxtında say etibarı ilə keçirilən artıq 24-cü sərgidir.

Sərgidə xəttatların Quran və hədis motivləri üzrə yaradılan işləri təqdim edilib.

“Din.az”ın “islam-today”a istinadla verdiyi xəbərə görə, tədbirdə müqəddəs müsəlman yazılarının məşhur tərcüməçiləri, İtaliya, Tunis və Rusiyadan olan ekspertlər də iştirak edirlər.

Bundan başqa İndoneziya, Suriya və Livan kimi ölkələrdən olan Quran nəşriyyat evləri məhsullarını təqdim edir. Azərbaycan, Almaniya, Pakistan, Tacikistandan olan rəssamlar sərgiyə öz rəsmlərini gətiriblər.

Sərginin əsas eksponatlarından biri Çin dilinə tərcümə edilmiş müqəddəs Quran nüsxəsidir. Tərcümə keçən əsrin birinci yarısında həyata keçirilib.

1_873

2_842

3_165

4_428

4bk68d5f58029a8t0m_800c450_557

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top