Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Tehranda it gəzdirmək qadağan edildi

“İtlər xalq arasında qorxu yaradır, narahatlığa səbəb olur”.

İranın paytaxtı Tehranda küçədə it gəzdirmək qadağan edilib.

Din.az bildirir ki, xəbər verir ki, xalqı it bəsləməkdən yayındırmağı nəzərdə tutan qadağaya görə, sakinlər avtomobillərində belə heyvan gəzdirə bilməyəcəklər. Tehranın polis rəisi Hüseyn Rəhimi “5 il əvvəl də parlamentə it gəzdirənlərin cərimələnməsi, yaxud qamçılanmasını nəzərdə tutan qanun layihəsi təqdim edilib” deyib.

Rəhimi qadağanın səbəbini “itlərin xalq arasında qorxu saçması və narahatlığa səbəb olması” ilə izah edib.

Qeyd edək ki, İranda dindarlar itlərin təmiz olmadığını bildirir və it saxlamağın Qərb siyasətinin simvollarından biri kimi görürlər. 2010-cu ildə mədəniyyət naziri heyvanlarla bağlı məhsulların reklamını qadağan edib. / Qafqazinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...