Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Tehranda oruc tutmadığını deyənlər cəzalandırılacaq – Polisdən XƏBƏRDARLIQ

“Kafe və restoranların fəaliyyəti səhərdən şam azanına qədər qadağandır”.

Tehranda vətəndaşlar Ramazan ayında oruc tutmadıqlarını bəyan edərsə, polis onlarla qanun çərçivəsində davranacaq.

Din.az Trend-ə istinadən bildirir ki, bunu Tehranın polis rəisi Hüseyn Rəhimi deyib.

H.Rəhimi bildirib: “Bütün vətəndaşları bu aya hörmətlə yanaşmağa çağırırıq. Hətta oruc tuta bilməyən vətəndaşlardan bunu bəyan etməmələrini istəyirik”.

Polis rəisi əlavə edib ki, kafe və restoranların fəaliyyəti səhərdən şam azanına qədər qadağandır.

Onun sözlərinə görə, yemək sifarişi həyata keçirmək istəyən hər hansı iaşə mərkəzi polisdən lazımi icazəni almalıdır.

H.Rəhimi bildirib ki, otellər və kinoteatrlar iftardan səhərədək fəaliyyət göstərə bilərlər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...