Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Təklikdən ağlayan yaşlı cütlüyü polis sakitləşdirdi – FOTO

Yaşlı insanların tənhalıq hekayəsi…

İtaliyanın paytaxtı Romada polis ona gələn çağırışla bir evə gedib. Qışqırığın eşidildiyi və içəridə olan yaşlı cütlüyün şiddətə məruz qaldığını ehtimal edən polis evə basqın edərkən tənhalıq hekayəsi ilə qarşılaşıb. Təklikdən sıxıntıya düşən cütlüyü sakitləşdirən polis məmurları qoca cütlü sakitləşdirib.

“Din.az” xəbər verir ki, BBC-də yer alan məlumata görə, hadisə yerinə gedən polis onları təəccübləndirəcək bir səhnəyə şahid olublar. 89 və 94 yaşlarında olan yaşlı cütlük televizorda gördükləri pis xəbərlərin təsiri ilə təklikdən ağladığını başa düşən polis məmurları evin qoca sakinlərinə makaronda bişirib. Bununla yanaşı polis məmurları bütün axşamı yaşlı cütlüklə söhbət edərək keçirib.

Roma Təhlükəsizlik Müdirliyinin feysbuk səhifəsində yayımladığı məlumata görə, təkbaşına yaşayan 89 yaşlı Jole ilə 94 yaşlı əri Michele qonşuları da tətilə getdikləri üçün lap tək qalıblar.

Günlərdir heç kimsəylə danışmayan cütlük bir axşam təklikdən sıxıldıqları üçün hönkür-hönkür ağlamağa başlayıb. Yaşlı cütlüyün səsini eşidənlər onların şiddətə məruz qaldıqlarını düşünərək polisə xəbər verib.

Jole və Michelin evinə gedən 4 polis məmuru qarşılarında fiziki olmasa da, mənəvi olaraq yaralı bir cütlük görüb.

Polis məmurlarına dərdlərini danışan yaşlı ər-arvad söhbət edəcək kimsələri olmadığını, televizorda xəbərləri izləyərkən gördükləri pis xəbərlərdən təsirləndiklərini danışıblar.

Bu dəfə üzərlərinə düşən bir cinayət hadisəsini deyil, tənha qalan cütlüyü sakitləşdirmək olduğunu başa düşən polislərdən Andrea mətbəxə gedərək onlar üçün axşam yeməyi hazırlayıb.

resized_9308a-16774d2cpoliss

“Makaronun içindəki məhsul: İNSANLIQ”

Bu əsnada digər polis məmurları Alessandro, Ernesto və Mirko isə yaşlı ər-arvad ilə söhbət edib.

Polis məmurlarının əlindən kərə yağlı və pendirli makaron yeyən Jole və Michelenin sakitləşdiyi görünüb.

Yaşlı cütlüyün fiziki olaraq bir sıxıntılarının olub-olmadığını anlamaq üçün evə təcili yardım da çağırılıb və həkim müayinəsindən çıxıblar.

Roma polisi, yaşadıqları bu adi həyat təcrübəsini sosial şəbəkədə “Şəhərdə bir insanlıq hekayəsi” adı altında paylaşıb.

Polisin feysbuk mesajında “Həyat hər zaman asan deyil. Xüsusilə də şəhər boşalıb qonşular tətilə gedəndə… Bəzən tənhalıq göz yaşlarına çevrilir. Bəzən bir yaz yağışına bənzər, anidən gələr və sizi alt-üst edər” yazılıb.

Başqa bir şərhdə: “Bir boşqab kərə yağlı və pendirli makaron… xüsusi bir yemək deyil, amma içində çox qiymətli bir məhsul var; İNSANLIQ…”

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...