Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Tələbə qız hicaba görə imtahandan qovuldu – Hökumət etiraz etdi…

“Qadına imtahana qatılmaq üçün icazə verilməli idi”.

Hindistanın Qoa ştat hökuməti imtahan verən qız tələbələrin hicab geyinə bilməsi barədə bəyanat verib.

Din.az xəbər verir ki, “Money Control” nəşri məlumat yayıb. Daha əvvəl ştatda imtahan götürən müəllimlərin 24 yaşlı Safina Sudaqarın hicabını çıxarmaqdan imtina etdiyi üçün auditoriyadan qovması qərarı ətrafında qızğın müzakirələr gedib.

Safina haqsızlığa diqqət çəkmək üçün müxtəlif instansiyalara şikayət edib. Tezliklə regional hakimiyyətdən reaksiya gəlib.

“Qadına imtahana qatılmaq üçün icazə verilməli idi”- deyə Qoa təhsil şöbəsinin müdiri Prasad Lolinkar bildirib.

Məmur izah edib ki, imtahan verənlərin zahiri görünüşü üçün xüsusi tələblər yoxdur. Odur ki, tələbə qızların hicab geyinməsi heç bir qaydanı pozmur. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...