Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Terror hadisəsinə görə iftar məclisləri ləğv edildi

Məscidlərdə təhlükəsizliklə bağlı daha bir qərar …

15 martda Yeni Zelandiyanın Kraystçörç şəhərində iki məsciddə 50 nəfərin ölümünə, 50 nəfərin yaralanmasına səbəb olan terror aktlarından sonra məscidlərdə təhlükəsizliklə bağlı daha bir qərar alınıb.

Din.az xəbər verir ki, gələn ay başlayacaq Ramazan ayında kütləvi iftar məclislərinin keçirilməsi ləğv edilib.

Bundan başqa, Ramazan ayı boyunca polislər gücləndirilmiş rejimdə fəaliyyət göstərəcəklər.

“Riskli bölgələr”ə daxil edilən kilsələr və sinaqoqlarda da nəzarət tədbirləri davam etdiriləcək. / Qafqazinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...