Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Terrorçu məscidlərə hücuma görə özünü təqsirli bilmir

Silahlı hücumda təqsirləndirilən Brenton Tarrant günahkar olmadığını bildirib.

Yeni Zelandiyada iki məscidə edilən silahlı hücumda təqsirləndirilən Avstraliya vətəndaşı Brenton Tarrant günahkar olmadığını bildirib.

Din.az xəbər verir ki, həmin hadisə ilə əlaqədar məhkəmə iclası 2020-ci il mayın 4-də başlayacaq.
Xüsusi rejimli həbsxanada birnəfərlik kamerada saxlanan B.Tarrant videoəlaqə vasitəsilə məhkəməyə qatılıb. Onun günahsız olması barədə bəyanatını isə cinayətkarın vəkilləri elan edib.

B.Tarrant 51 nəfərin qətlində və 40 nəfərə qarşı terror hücumunda təqsirli bilinir.

Hakim B.Tarrantın psixi sağlamlığının onun məhkəmə qarşısına çıxmasına imkan verdiyini bildirib.

Xatırladaq ki, martın 15-də Yeni Zelandiyanın Kraysçörç şəhərində iki məscidə edilən silahlı hücum nəticəsində 51 nəfər həlak olub, daha 50 nəfər yaralanıb. Yeni Zelandiyanın Baş naziri Casinda Ardern bunu terror aktı adlandırıb. Hadisə ilə əlaqədar 28 yaşlı B.Tarrant saxlanılıb və ona qarşı ittiham irəli sürülüb. (Azərtac)

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...