Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Terrorçu qadın İstanbulun hava limanında saxlanıldı

Norveç hökumətinə sığınacaq almaq üçün müraciət edən terrorçu deportasiya edilib.

İstanbulun Atatürk adında Beynəlxalq hava limanında PKK terror təşkilatının üzvü olan Gülzar Taşdəmir saxlanılıb.

Din.az xəbər verir ki, o, Norveç hökumətinə sığınacaq almaq haqqında müraciət etsə də, deportasiya edilib.

Norveç’in sınır dışı ettiği terör örgütü PKK üyesi Gülizar Taşdemir (42), Atatürk Havalimanı’nda gözaltına alındı. Şüphelinin üst aramasında, örgüt elebaşı Abdullah Öcalan’la çekildiği fotoğraflar ele geçirildi. ( İstanbul Emniyet Müdürlüğü – Anadolu Ajansı )

Asayiş keşikçiləri qadından PKK-nın fəaliyyətinə dair sənədləri, terror təşkilatının başçısı Abdulla Öcalanla olan fotoşəkili və bir sıra digər əşyaları müsadirə ediblər.

Taşdəmir 1991-ci ildən PKK-ya qoşulub. 2013-cü ildə isə Türkiyənin Doğubəyazit şəhərinin prokurorluğu onun həbsinə order verib. / Oxu.Az

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...