“Terrorizmin islama aidiyyəti yoxdur”

Amerika İŞİD-lə mübarizəni gücləndirəcək…
Terrorizm anlayışının islam dininə heç bir aidiyyəti yoxdur.
“Din.az” “axar.az”a istinadən xəbər verir ki, bunu CBS telekanalına müsahibəsində ABŞ Prezidenti Barak Obama söyləyib.
Bundan öncə Obama İŞİD-lə mübarizəni daha da sərtləşdirəcəyini bildirib. O, terrorizmi dünya üçün əsas bəlalarından biri adlandırıb.