Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Texasda kilsədə qətliam törədənin şəxsiyyəti müəyyənləşdirilib

26 yaşlı Texas ştatının sakini 26 nəfərin ölümünə səbəb olub.

ABŞ-ın Texas ştatında qətliam törədənin şəxsiyyəti müəyyənləşdirilib.

Din.az APA-ya istinadən bildirir ki, bu barədə CBS telekanalı polisdəki mənbələrə istinadən xəbər verib.

Məlumata əsasən, baptist kilsəsinə daxil olaraq atəş açan 26 yaşlı Texas ştatı sakini Devin Patrik Kelli olub. Onun 2010-2014-cü illərdə ABŞ Silahlı Qüvvələrində hərbi xidmətdə olduğu, 2014-cü ilin mayında hərbi tribunalın qərarı ilə ordudan xaric edildiyi bildirilir.

Hazırda cinayətin motivləri müəyyənləşdirilir. Hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi qiymətləndirmir. Son məlumatlara görə, ABŞ-ın Sazerlend-Sprinqs şəhərində açılan atəş nəticəsində 26 nəfər ölüb.

Din.az hadisə ilə bağlı videosüjeti sizə təqdim edir:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...