Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Bütün xəbərlər »
Qaynar Xəbərlər
13260617-ABE5-4E32-A51E-273507A8F010_cx0_cy6_cw0_mw1024_s_n_r1

Təzəpir məscidində iftar süfrəsi açılıb

Share Button

Ramazan ayı boyunca iftar süfrələri Təzəpir məscidində davam edəcək

Ramazan ayının ilk iftarı ölkə ərazisində təntənəli şəkildə açılıb. Təzəpir məscidinin mərasim zalında artıq ənənə halını alan iftar süfrəsinə 70 nəfərə yaxın oruc tutan insanlar toplaşıb.

“Din.az” xəbər verir ki, Ramazan ayı boyunca Təzəpir məscidində iftar süfrələri davam edəcək. Bu barədə Qafqaz Müsəlmanlar idarəsinin sədr müavini Hacı Fuad Nurullah ANS TV-ə müsahibəsində deyib.

Ramazan ayı İslam dinində böyük önəmə malikdir. Bu ay İslam dininin müqəddəs kitabı – Qurani-Kərimin nazil olduğu, dilənən diləklərin, edilən duaların qəbul olunduğu aydır. Ramazan günahların bağışlandığı, duaların qəbul edildiyi  müqəddəs günlərin ayıdır. Fəzilətinə, xeyirinə görə, İslam peyğəmbərinin 11 ayın sultanı adlandırdığı Ramazanı faydalı keçirmək vacibdir.

Qafqaz Müsəlmanları İdarəsi bölgə qazıları, səlahiyyətli nümayəndələr, imam və axundlardan, dindarlardan, digər mənbələrdən daxil olmuş, məzhəb və vaxt ayrıseçkiliyinə səbəb ola biləcək təqvimlərdən istifadə etməməyi tələb edib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top