Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Tibb DİNİ dəstəklədi: Oruc tutmaq XƏRÇƏNG riskini azaldır

Xərçənglə mübarizə aparmağın yolları …

Türkiyədə tibb alimlərindən biri maraqlı açıqlama edib.

Din.az bildirir ki, professor, dr. Ender Saracoğlu xərçənglə mübarizə aparmağın yollarını belə açıqlayıb. Xərçəngin nə olduğunu və necə yarandığının hələ tam açıqlanmadığını bildirən professor piylənmənin xərçəngə səbəb olduğunu bildirib. Piylənmənin birbaşa xərçəngə şərait yaratdığını vurğulayan professor bunun qarşısını almaq üçün mütləq oruc tutulmasını tövsiyyə edib.

Həddindən artıq qidalanmanın xərçəng hüceyrələrini qidalandırdığını söyləyən mümkün qədər ət yeməklərindən uzaq durmağı tövsiyyə edib. O, insanlara bədən və ruh arasındakı müvazinətin qorunmasının ən yaxşı əlac olduğunu söyləyib. / İslaminsesi.info

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...