"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Bütün xəbərlər »
Qaynar Xəbərlər
x74fb6f7654f20755c72eb1f8c833c386.jpg.pagespeed.ic.SQ0y_jSIX2

Tiflisdəki Cümə məscidində kitabxana yaradılır

Share Button

Məqsəd gəncləri kitab oxumağa həvəsləndirməkdir

x594fafbbc8e6f32d235b4cadc234a9d8.jpg.pagespeed.ic.ACPItiAxM5

Tiflisdəki tarixi Cümə məscidində dünya və yerli yazıçıların kitablarından ibarət kitabxana yaradılır.

“Din.az” “koordinat.az”a istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Ramin İgidov bildirib.

GMİ-nin şeyxi kitabxana yaratmaqda məqsədin gəncləri maarifləndirmək və onlarda kitab oxumağa həvəs oyatmaq olduğunu bildirib: “Hələlik kiçik həcmdə də olsa kitabxana təşkil etməkdə məqsədimiz soydaşlarımızın kitab oxumalarına şərait yaratmaq və bu vasitə ilə gənclərimizi kitab oxumağa həvəsləndirməkdir.”

Şeyx əlavə edib ki, kitabxanada Azərbaycan və gürcü dillərində Qurani-Kərimin tərcüməsi, görkəmli din alimlərinin kitabları ilə yanaşı azərbaycan və xarici yazıçı və şairlərin əsərləri də mövcuddur.

GMİ şeyxi Cümə məscidindəki kitabxananı zənginləşdirməyin vacib olduğunu, oxucuların istifadə etmədikləri kitabları isə yeni yaradılan kitabxanaya hədiyyə etməyi məsləhət görüb. O, bununla həm oxucuların sayının artacağını, həmçinin kitab oxumağa marağın da çoxalacağını bildirib.

x74fb6f7654f20755c72eb1f8c833c386.jpg.pagespeed.ic.SQ0y_jSIX2

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top