Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Tillerson Myanmaya səfər edəcək

Minlərlə müsəlman ölkəni tərk etməyə məcbur olur.

ABŞ-ın dövlət katibi Reks Tillerson bu gün Filippinin paytaxtı Manilada Myanmanın faktiki lideri Aun San Su Çji ilə görüşəcək.

Din.az APA-ya istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir.


Bundan əvvəl R.Tillerson Myanmanın lideri ilə ölkədəki böhranı müzakirə edib. Noyabrın 15-də Tllerson vəziyyətlə yerində tanış olmaq üçün Myanmara səfər edəcək.

Bu gün həmçinin ABŞ dövlət katibi Manilada BMT-nin baş katibi Antoniu Quterreş ilə görüşəcək. Filippinin paytaxtında Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (ASEAN) sammiti keçirilir.

Oktyabrın 23-də Dövlət Departamenti bəyanat yayaraq bildirib ki, ABŞ Arakan bölgəsindəki vəziyyətlə əlaqədar Myanma hökumətinə qarşı mümkün sanksiyalar tətbiqini nəzərdən keçirir. “Myanma hökuməti və silahlı qüvvələri ölkədə sülh və təhlükəsizliyi təmin etmək üçün təxirəsalınmaz tədbirlər görməlidir”, bəyanatda qeyd olunub.

Bundan əvvəl bir qrup Konqres üzvü Tramp administrasiyasını Myanmaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Konqresmenlər Myanmada Rohinca müsəlmanlarına qarşı törədilən zorakı hadisələrə görə məsuliyyət daşıyan şəxslərə qarşı sanksiyaların tətbiqinə çağırıblar.

Xatırladaq ki, avqustun sonunda “Arakan Rohinca Qurtuluş Ordusu” qruplaşması ilə Myanma hökumət qüvvələri arasında baş verən toqquşmaların hərbi münaqişəyə çevrilməsi yüzlərlə dinc əhalinin qətlinə səbəb olub, minlərlə müsəlman-rohincanı ölkəni tərk etməyə məcbur edib. Beynəlxalq Miqrasiya Təşkilatının hesablamalarına görə, son bir neçə ay ərzində Myanmadan Banqladeş ərazisinə yüz minlərlə qaçqın keçib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...