Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Tillersonu Livanda saymadılar: “GÖZLƏTDİLƏR, SU DA VERMƏDİLƏR”

SU DA VERMƏDİLƏR, KİÇİK KRESLODA ƏYLƏŞDİRİB GÖZLƏTDİLƏR.

Yaxın Şərq səfəri çərçivəsində rəsmilərlə görüş keçirmək üçün Livana gedən ABŞ Xarici İşlər Naziri Reks Tillersonun, paytaxt Beyrutda soyuq qarşılandığı iddia edilib.

Din.az xarici mediaya istinadən xəbər verir ki, Livan prezidenti Mişel Aunla görüşmək üçün Baabda Prezident Sarayına gələn ABŞ Dövlət Katibi Tillersonın, gözləmə salonunda bir müddət tək başına saxlanılması, “Tillerson, Livanda soyuq qarşılandı” şəklində şərhlərin söylənilməsinə səbəb olub.

SU DA VERMƏDİLƏR, KİÇİK KRESLODA ƏYLƏŞDİRİB GÖZLƏTDİLƏR

Prezident Auna daha böyük bir kreslo verilməsi, Aun üçün içməli su varkən Tillerson üçün içməli suyun olmaması və görüşün keçirildiyi yerdə yalnız Livan bayrağının olması “soyuq qarşılama” iddialarını gücləndirib. Yerli və beynəlxalq media ilə sosial mediada, Tillersonun təkbaşına gözlədiyi şəkli və obrazı nəşr olunaraq, soyuq qarşılandığı barədə şərhlər verilib.

LİVANDAN AÇIQLAMA: SOYUQ QARŞILAMADIQ, DOSTCASINA BİR GÖRÜŞ OLDU

Livan Prezidenti mətbuat xidmətindən bildiriblər ki, qarşılama protokolunda hər hansı bir qüsur və ya soyuq qarşılanmanın olmadığı və görüşün dostluq şəraitində keçdiyi ifadə edilib.

TİLLERSON, İSTİ QARŞILADIĞIMIZ ÜÇÜN TƏŞƏKKÜR DƏ EDİB

Açıqlamada bildirilib ki, Tillerson çıxışında, isti qarşılanma və səmimiyyət görə Prezident Mişel Auna təşəkkür etdiyi vurğulanıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...