Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Timsah kilsəyə gedən qadını öldürdü

Kənd sakinləri kilsəyə gedərkən timsah hücumuna məruz qalıblar.

Cənubi Afrikanın Limpopo əyalətindəki Mokvet kənd sakini kilsəyə gedərkən timsahın hücumuna məruz qalıb.

Belə ki, 39 yaşlı Mavis Molala iki kişi ilə çaydan keçmək istəyib. Onlardan biri qəfildən timsahı görərək, “Kömək edin” deyə qışqırmağa başlayıb. Kişilər çubuqla timsahın gözünə zərbələr endirərək qadına kömək etməyə çalışsalar da, timsah qadına zərər verib.

Hadisədən dörd gün sonra qadın ölüb. / Oxu.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...