Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Toy qanunu”nu pozanları məscidlərin xeyrinə cərimələyirlər

Dağıstanda yeni “toy qanunları”  yayılmaqdadır. Din.az A24.Az-ın məlumatına istinadən xəbər verir ki, Dağıstanın bir çox kəndlərində icmalar  toy mərasimlərini xüsusi qaydalarla keçirirlər. “Toy qanunu”nu pozanları məscidlərin xeyrinə cərimələyirlər. Bu yeni qanunun hüquqi əsası yoxdur, amma faktiki olaraq, onu az adam pozur. Bildiyiniz kimi Azərbaycanda da son zamanlar həddindən artıq dəbdəbəli toy məclisləri təşkil edilir. Həddindən artıq […]

Dağıstanda yeni “toy qanunları”  yayılmaqdadır. Din.az A24.Az-ın məlumatına istinadən xəbər verir ki, Dağıstanın bir çox kəndlərində icmalar  toy mərasimlərini xüsusi qaydalarla keçirirlər. “Toy qanunu”nu pozanları məscidlərin xeyrinə cərimələyirlər. Bu yeni qanunun hüquqi əsası yoxdur, amma faktiki olaraq, onu az adam pozur.

Bildiyiniz kimi Azərbaycanda da son zamanlar həddindən artıq dəbdəbəli toy məclisləri təşkil edilir. Həddindən artıq israfçılığın yol verildiyi məclislərə hələ üstəlik xarici və yerli şou-biznesdən  milyonlar tökərək müğənnilər dəvət edilir.

Bəs bunun qarşısını necə almaq olar? Azərbaycanda bu cür qaydaların tətbiq edilməsi mümkündürmü?

Məsələni müzakirə etmək üçün A24. Az olaraq ictimaiət nümayəndələrinə üz tutduq.

Müsahiblərimiz toylarımızın bu günkü acınacaqlı durumundan danışıb, bunun qarşının alınması yolları barədə də müəyyən fikirlər səsləndirib.

Milli Məclisin deputatı Fəzail Ağamalı da bahalı toyların əleyhinə olduğunu bildirib. Hətta Azərbaycan toylarının xaricdə zəngin insanların keçirdiyi  toyları belə qabaqladığını söyləyən deputat toy məclislərimizin yalnız pul qazanmaq niyyəti güddüyünü qeyd edib.

“Qazanan  tərəf isə yalnız toy mərasimlərinin keçirildiyi şadlıq evlərinin sahibləridir. Elə bir şərait formalaşıb ki, imkanı olan da olmayan da bu cür toy mərasimləri təşkil edir. Çoxları düşünür ki, toydan yığılan vəsait hesabına restoranın pulunu ödəyə biləcəklər lakin sonra problemlər ortaya çıxır. Bəy-gəlini girov saxlayırlar, pul verildikdən sonra buraxırlar və elə ilk gündən gənc ailə psixoloji travma alır. Bu cür biabırçı hallar ortaya çıxır. Şadlıq evlərinin əksəriyyətində stolun üstünə qoyulan yeməklərin onda biri istifadə olunmur, yenidən geri qaytarılır. Növbəti gün yenidən dövriyəyə buraxıldığı üçün də xoşagəlməz hallar yaşanır. Bu sahədə mütləq qayda qanun yaradılmalıdır. Biz dəfələrlə bunu məsələ olaraq Milli Məclsidə qaldırmışıq. Bununla bağlı sərt münasibət cəmiyyətdə ortaya qoyulmalıdr ki, belə hallar baş verməsin”.

Psixoloq Xatirə Səfərova da məsələyə öz sərt mövqeyini ortaya qoyub. O insanların bu cür toyların keçirilməsinə vərdiş etdiyini, sadəcə ictimayətin təlabatını ödəməyə xidmət etdiyini bildirib: “İnsanların beynində güzgü neyronları var. Onlar bu neyronlara görə hərəkət edirlər. Bunun bariz nümunəsi olaraq metro təcrübəsini göstərmək olar. Bir qrup insan hansı istiqamətə qaçmağa başlasa digərləri də o istiqamətə yönələrək qaçacaq. Bir sözlə bu insanların bir birini təkrar etməsidir. Bu da onu göstərir ki, cəmiyyətimizdə insanlar bir-birlərini təkrar edərək imkanı olan da olmayan da  təmtəraqlı toylar etməyə çalışırlar. Bu cür insanlar öz ehtiyaclarını deyil cəmiyyətin ehtiyaclarını ödəməyə yönəlik qrupdur. Yəni insanın pulu yoxdur amma qonşum nə deyər prinsipi ilə bu addımı atırlar. Çox yaxşı olardı ki,  toylara nəzarət etmək üçün müəyyən bir qurum yaradılsın. Ən azından yemək struktruna nəzarət edən qrup yaradılmalıdır. Toylarımızda yeməkləri bir birinə qatırlar. Bunu ancaq görməmişlik adlandırmaq olar. Bu qədər pulun bir toya sərf ediləməsi insanın özünü göstərməsi deməkdir. İnsanlar vərdiş etdikləri görüntüləri həyata keçirilər. Onlar şablonlarını birdən birə sındıra bilmirlər.

Xatrirə Səfərova onuda vurğulayıb ki, insanlar ictima qınaqdan çox qorxurlar. Onun sözlərinə görə, ictimai qınaq daha çox öhdəlik daşıyır və önə keçir.

“Bu o qədər ciddi bir hala keçir ki, bunun üçün insanlar hətta bütün sərmayələrini, var dövlətini qoyar  yetər ki, ictimai qınaqdan özünü müdafiə etsinlər. Və ictimaətin alqışlarına layiq olsun. Düşünürəm ki, bu adaptasiyadır, vərdişdir və adətdir. Elə bir adətdir ki, varlı üçün normal sayılsa da kasıb üçün anormal hesab olunur. Orta səviyyəli bir insanın bu cür toy etmək üçün imkanı yoxdur nəticədə o sözsüz ki, borc edəcək. Hansısa uyğun olmayan şərtlərlə bu toyu edəcək. Bu toy da onun sonrakı etapda maddiyyatına və ailələr arasında münasibətıərin korlanmasına gətirib çıxaracaq. Mən bu cür toyları zövqsüz toylar adlandırıram. Bu toylar sadəcə ictimaətin təlabatıdır. Yaxşı olar ki, insanlar nədə xoşbəxtdirlər onu yaşasınlar. Özlərinin təyinetdikləri xoşbəxt nöqtələrdə dayansınlar.

Evliliyin cəmiyyət üçün vacib məsələ olduğunu bir daha xatırladan ilahiyyatçı Elşad Miri cərimələrin tətbiqini normal qarşıladığnı lakin daha məqsədə uyğun addımların atılmasını vacib hesab etdiyini bildirib.
“Evlilik məsləsi çox vacib məsələlədən biridir. Hətta Quranı Kərimin 24-cü surəsi olan Nur surəsinin 32-ci ayəsində evləndirmək əmr edilir. Yəni gücü çata bilməyənlərin belə evlənməyi əsasdır. Yəni nikah mərasimi çox önəmli olduğu qədər orada iştirak etmək də vacibdir. Yəni insanlar bu nikaha şahidlik edirlər. Hər hansı evlilikdə edilən dəbdəbə israfdır. İsraf da haram sayılır. Toylarımızda verilən yeməklər sağlamlığmıza da zərə vura bilər. Dövlət bu gün konkret bir şəkildə dəstək ola bilmirsə hər hansı cərimələrin tətbiq edilməsi ilə dəstək verilməsi də yaxşıdır. Lakin sonra düşünəcəklərki bu etdiyimiz dəbdəbə və cərimələrlə yaxşılıq edirik, bu yaxşlıq getsin məscidə. Bu cür düşünə bilərlər. Buna görə dədaha məqsədə uyğun yolların tapılmsı yaxşı olardı”.

Aynur Ələkbərova, A24.az

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...