Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

TRAMP 20 İLLİK RAMAZAN ƏNƏNƏSİNİ POZDU – İFTAR VERMƏDİ

Ağ evdə başladılan ənənə ilk dəfə pozuldu.

ABŞ prezidenti Donald Tramp müsəlmanların mübarək ayı Ramazanda heç bir iftar yeməyinə ev sahibliyi etməyərək 20 illik ənənəni pozub.

Din.az “A24.az”a istinadən xəbər verir ki, eks-prezident Tomas Cefferson tərəfindən ilk dəfə 1805-ci ildə tunisli səfiri qarşılamaq üçün Ağ evdə başladılan ənənə son 20 ildə heç bir lider tərəfindən pozulmamışdı.

“Reuters” xəbər agentliyi ABŞ-ın xarici işlər naziri Rex Tillersonun Ramazanda iftar süfrəsi açılması ilə bağlı edilən təklifi rədd etdiyini yazır.

“The Washington Post” qəzeti isə Ağ E tərəfindən yayımlanan və prezident Trampın imzaladığı Ramazan bayramı təbrikinin dövlət başçısına aid sosial şəbəkələrdə paylaşılmamasına diqqət çəkib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...