Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

“Tramp Ərdoğana Fətullah Gülənin Türkiyəyə təhvil verilməsinə çalışdıqlarını deyib” – Çavuşoğlu

ABŞ prezidenti Tramp Gülənlə bağlı Ərdoğanla danışıb.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın Fətullah Gülən və tərəfdarlarını geri verəcəyini deyib.
Çavuşoğlu bu barədə ABŞ prezidenti Trampın Ərdoğanla söhbətinə istinadən məlumat verib.

Nazir qeyd edib ki, Tramp Ərdoğanla son söhbətində “Gülən və adamlarının Türkiyəyə təhvil verilməsi istiqamətində işləyirik” deyib: “Mən, eyni zamanda, Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin FETÖ ilə bağlı araşdırma aparması haqda müvafiq sənədlərlə də tanışam”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...