Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Tramp geri çəkilir – ABŞ-ın yeni Suriya PLANI

2 minlik yeni qüvvənin göndərilməsi müzakirə edilir.

ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) və Ağ Ev Suriyaya 2 minlik yeni qüvvənin göndərilməsini müzakirə edir.

Din.az xəbər verir ki, CNN-nin Pentaqon üzrə müxbiri Barbara Star ordudakı mənbələrinə istinadən bildirib.

Məsələ bu gün keçiriləcək Milli Təhlükəsizlik Şurasında gündəmə gələcək.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bir neçə gün əvvəl Suriyadan tezliklə çəkiləcəyini bildirib. Lakin Dövlət Departamenti mövzu ilə əlaqədar məlumat olmadığını açıqlayıb. KİV-in yazdığına görə, Trampın bəyanatı Pentaqonda çaşqınlıq yaradıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...