Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Tramp həddini aşdı – bu ölkələri İYRƏNC ÖLKƏLƏR adlandırdı

“İyrənc ölkələrdən gələnləri niyə qəbul edirik?” Tramp.

Amerika mətbuatının xəbərinə görə dünən Tramp bəzi immiqrant ölkələrini Oval Ofisdə immiqrantlarla görüş zamanı “ağır sözlər” ilə təhqir edib.

Din.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Ağ Evdəki bir yığıncaqda bəzi Latın Amerika və Afrika ölkələrindən gələn immiqrantları təhqir edərək “İyrənc ölkələrdən gələnləri niyə qəbul edirik? Norveçdən daha çox immiqrant almalıyıq” deyib.

Vaşinqton Postunun açıqladığı bu xəbəri Ağ Ev yalanlamayıb. Tramp açıqlaması zamanı Afrika ölkələri, El Salvador və Haitini nəzərdə tutduğunu bildirib.

Trump rəhbərliyi keçən ilin noyabr ayında 2001-ci ildəki zəlzələnin ardından ABŞ-a müvəqqəti sığınan təxminən 200 min El Salvadorlunun ölkələrinə geri dönməsini istəmişdi. Əks təqdirdə ölkədən xarici ediləcəyinə dair 18 ay vaxt verdiyini açıqlamış və bu siyahıya ABŞ-da məskunlaşmış Honduras, Nikaraqua və Haitililəri də aid etmişdi.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...