Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Tramp: “İran artıq üç-dörd ay əvvəlki cəsarətli ölkə deyil”

Tramp: “Düşünürəm ki, İran dəyişib.”

Amerika lideri Donald Tramp bildirib ki, İran Vaşinqtonun “nüvə sazişi”ndən çıxmasından sonra öz qüvvələrini Suriya və Yəməndən çıxarmaq kampaniyasına başlayıb.

Din.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

“Düşünürəm ki, İran dəyişib. İranın indi Aralıq dənizi, Suriya və Yəmən tərəfə əvvəlki kimi baxdığını düşünmürəm. Onlar öz adamlarını Suriyadan, Yəməndən çıxarmağa başlayırlar. Bu artıq başqa məsələdir”, – deyə ABŞ prezidenti bildirib.

Tramp həmçinin əlavə edib ki, “İran artıq üç-dörd ay əvvəlki cəsarətli ölkə deyil”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...