Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Tramp İranı məhv etməklə hədələdi

“Amerikaya İranın istənilən hücumu böyük və əzici güclə qarşılanacaq”.

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlara qarşı hücum halında İranı məhv etməklə hədələyib.

Din.az xəbər verir ki, prezident bu haqda tvitter səhifəsində yazıb.

“Amerikaya İranın istənilən hücumu böyük və əzici güclə qarşılanacaq. Bəzi sahələrdə əzici güc məhvedici anlamına gələ bilər. Artıq Con Kerri və Barak Obama yoxdur”, – prezident qeyd edib.

Tehranın “kübarlıq və mərhəmətdən anlamadığını” bildirən Tramp İranın anladıqları şeyin güc və qüvvət olduğunu bildirib. ABŞ-ın dünyanın ən güclü ordusuna sahib olduğunu qeyd edən Amerika lideri sadəcə son 2 ildə silahlı qüvvələrə 1,5 trilyon dollar xərcləndiyini vurğulayıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...