Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Tramp islam ölkəsiylə müqavilələr imzaladı

Tramp: “Qətər ABŞ-a ciddi sərmayələr yatırır”.

ABŞ prezidenti Donald Tramp ilə Qətər əmiri Şeyx Təmim bin Həmmad Әl-Sani arasında görüş keçirilib

Din.az bildirir ki,görüşdə iki ölkə arasında iqtisadi və hərbi əməkdaşlığın gücləndirilməsi məsələsi əsas müzakirə mövzusu olub.

Şeyx Təmimi “gerçək lider” adlandıran Donald Tramp iki ölkə arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu deyib.

Qətərin ABŞ-a ciddi sərmayələr yatırdığını bildirən Tramp deyib:

Qətərdə hərbi mövcudluğumuzu davam etdiririk. Burada dünyadakı ən böyük hərbi bazalardan birini inşa etdilər. Sizinlә işləmək həqiqətən böyük bir şərəfdir”.

Əmir Təmim ‘‘El-Udeyd’’ hәrbi hava bazasına baş çәkmәsi üçün Trampı Qətərə dəvət edib.

Ağ Ev Tramp ilə Şeyx Təmimin 5 müqaviləyə imza atıldıqlarını açıqlayıb.

Müqavilələr çərçivəsində Qətər ABŞ-dan 5 Boeing 777 ‘’Freighters’’ tәyyarәlәri ilә yanaşı, NASAM və Patriot raket sistemləri dә alacaq. / Teleqraf.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...