Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Tramp: “Keşişin azad edilməsi üçün Türkiyə ilə heç bir razılaşma əldə olunmayıb”

Amerika lideri Bransonla bağlı “Twitter” səhifəsində açıqlama verdi.

ABŞ prezidenti Donald Tramp oktyabrın 13-də Ağ evin Oval kabinetində ötən gün Türkiyə məhkəməsi tərəfindən azad olunan amerikalı keşiş Endryu Bransonla görüşəcək.

Din.az xəbər verir ki, Amerika lideri bunu öz “Twitter” səhifəsində yazıb.

O həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana etdiyi köməkliyə görə təşəkkürünü bildirib:

“Türkiyənin azad etdiyi keşiş Branson 14:30 (Bakı vaxtı ilə 22:30-da) Oval kabinetdə mənimlə görüşəcək. Onu görmək və söhbət etmək çox xoş olacaq. O, belə çətin təcrübə keçmiş möhtəşəm bir xristiandır. Prezident Ərdoğana göstərdiyi köməkliyə görə təşəkkür etmək istəyirəm”.

Tramp əlavə edib ki, ABŞ Türkiyə hakimiyyəti ilə Bransonun azad olunması müqabilində hər hansı bir razılaşma əldə etməyib.

“Keşiş Endryu Bransonun azad edilməsi və geri qaytarılması barədə Türkiyə ilə heç bir razılaşma olmayıb”, – deyə o bildirib.

Türkiyədə casusluqda ittiham olunan ABŞ vətəndaşı keşiş Endryu Branson oktyanrın 12-də azadlığa buraxılıb. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...