Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Tramp Londona çatmamış müsəlman meri tənqid etdi

“O, mənə deyil, şəhər cinayətkarlığına qarşı mübarizə aparmalıdır”.

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyaya rəsmi səfər edib.

Din.az xəbər verir ki, Amerika lideri Londona eniş etmədən qısa müddət əvvəl sosial şəbəkədə şəhərin müsəlman meri Sadiq Xanı tənqid edən tvit paylaşıb.

O, Sadiq Xanın 2018-ci ilin yanvarında keçmiş Baş Nazir Tereza Meyin Trampı İngiltərəyə səfərə dəvət etməsini səhv adlandırmasına belə münasibət bildirib: “Ümumi rəyə əsasən, London meri vəzifəsində qorxunc işləyən Sadiq Xan Birləşmiş Krallığın ən vacib müttəfiqi olan ABŞ Prezidentinin səfəri ilə bağlı ağılsız, ədəbsiz sözlər işlədib. O, bitmiş, uğursuz adamdır. O, mənə deyil, şəhər cinayətkarlığına qarşı mübarizə aparmalıdır”. / Qafqazinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...