Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Tramp: Mühacirlər, rədd olun ABŞ-dan

Tramp: “Onlara demək lazımdı ki, çıxıb getsinlər”.

ABŞ prezidenti Donald Tramp Konqresi mühacirlər haqqında qanun qəbul etməyə və qeyri-qanuni şəkildə ölkəyə gələnləri qovmağa çağırıb.

Din.az xəbər verir ki, bu barədə Tramp şəxsi “Twitter” səhifəsində yazıb.

“Sərhəd xidməti öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirir, lakin onların tabe olduqları qanunlar məntiqsizdir. Uşaqlı və ya uşaqsız insanlar bizim ölkəyə yol tapdıqda, onlara demək lazımdı ki, çıxıb getsinlər”, – Tramp yazıb.

Onun sözlərinə görə, qeyri-qanuni miqrantları ölkədən məhkəmənin qərarı olmadan deportasiya etmək lazımdır.

Daha öncə ABŞ prezidenti bəyan etmişdi ki, qeyri-qanuni miqrantların deportasiyası üçün məhkəmə qərarının zəruriliyini tələb edən ABŞ qanunları “dünyanın ən səfeh qanunlarıdır”. / Oxu.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...