Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Tramp “MÜSƏLMAN CƏHƏNNƏMİ”ni bağlamaqdan imtina edir

Burada əsasən Əfqanıstan və İraqda vuruşan terrorçular saxlanılır.

ABŞ Prezidenti Donald Tramp Kubadakı Quantanamo xüsusi həbsxanasının saxlanılması haqqında əmr vermək niyyətindədir.

Din.az xəbər verir ki, bu barədə informasiyanı “Politiko” qəzeti yayıb. Trampın bununla Barak Obamanın 2009-cu ildə həbsxananın bağlanması haqqında imzaladığı qərarı ləğv etməyi planlaşdırdığı vurğulanıb. Trampın yeni qərarında burada saxlanılanların öz vətənlərinə köçürülməsi və ya ABŞ-ın digər həbsxanalarına yerləşdirilməsi prosesinin də dayandırılacağı bildirilib. Yeni qərarın gələn həftə imzalanması nəzərdə tutulub.

Qeyd edək ki, ABŞ Prezidenti Barak Obama 2008-ci ildə prezident olarkən Quantanamo həbsxanasını bağlayacağını bildirmişdi. Həbsxananı qapada bilməsə də, prezident buradakı məhbusların sayını 712-dən 59-a endirməyi bacardı.

Quantanamo həbsxanası 2002-ci ildə ABŞ Prezidenti Corc Buşun əmri ilə Kubada yaradılıb. İndiyə qədər dünyanın ən gizli həbsxanalarından biri hesab edilir. Burada əsasən Əfqanıstan və İraqda vuruşan terrorçular saxlanılır. Pentaqonun açıqlamasına görə, Quantanamoda 41 ölkədən terrorçu saxlanılıb. Aralarında Səudiyyə Ərəbistanı, Əfqanıstan və Yəmən vətəndaşları üstünlük təşkil edir. Quantanamodakı məhbusların demək olar ki, hamısı buraya məhkəmə keçirilmədən terrorizmdə şübhəli bilinərək salınıb. Konqres indiyə qədər həbsxananın bağlanmasına və terrorçuların ABŞ ərazisindəki həbsxanalara köçürülməsinə qarşı çıxır. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...