Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Tramp müsəlmanları polislə əməkdaşlığa çağırdı

Donald Tramp proqnozların əksinə olaraq ilkin seçkilərdə qələbə qazanıb.Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə ehtimal olunan namizəd Donald Tramp müsəlmanları polislə əməkdaşlığa və cinayətkarları “təslim etməyə” çağırıb. “Din.az” BBC-yə istinadən xəbər verir ki, Britaniyanın İTV kanalına müsahibəsində Tramp deyib ki, o, müsəlmanlara qarşı deyil, “terrora qarşıdır”. O, həmçinin Britaniya baş naziri Devid Kemeronun, onu müsəlmanların ABŞ-a girişinə […]

Donald Tramp proqnozların əksinə olaraq ilkin seçkilərdə qələbə qazanıb.Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə ehtimal olunan namizəd Donald Tramp müsəlmanları polislə əməkdaşlığa və cinayətkarları “təslim etməyə” çağırıb.

“Din.az” BBC-yə istinadən xəbər verir ki, Britaniyanın İTV kanalına müsahibəsində Tramp deyib ki, o, müsəlmanlara qarşı deyil, “terrora qarşıdır”.

O, həmçinin Britaniya baş naziri Devid Kemeronun, onu müsəlmanların ABŞ-a girişinə qadağa çağırışına görə “axmaq, bölücü və səhv” adlandırmasına da cavab verib.

Cənab Tramp bu çağırışı keçən il, hələ partiyasının öndə gedəni olmadığı zaman etmişdi.Daha sonra o deyib ki, prezident olmadığı üçün, “dedikləri sadəcə təklifdir”.

Lakin o iddia edir ki, onun müsəlmanların Amerikaya girişinə qadağa çağırışı sadəcə siyasətçilər tərəfindən tənqidlə qarşılanıb və dünyada milyonlarla insan “Donald Trampın doğru olduğunu” deyir.

Bir sıra yüksək rütbəli Respublikaçı siyasətçi onu dəstəkləməkdən imtina edib. Partiyadan prezidentlik yarışında iştirak edən digər rəqibləri namizədliklərini geri götürüblər.Demokratlar Partiyasından isə Hillari Klinton rəqibi Berni Sandersi üstələyir.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...