Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Tramp müsəlmanlarla bağlı fikrinə dəyişiklik edib

“terrorçu ölkələrdən” gələn müsəlmanların ABŞ-a girişi yasaqlanmalıdır…

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd, milyarder Donald Tramp Orlando şəhərində baş vermiş terror aktından sonra müsəlmanların ölkəyə  gəlməsi ilə bağlı fikirini dəyişib. İndi o, hesab edir ki, “terrorçu ölkələrdən” gələn müsəlmanların ABŞ-a girişi yasaqlanmalıdır.

“Din.az” xəbər verir ki, bu barədə CNN telekanalı Trampın mətbuat katibi Xoup Xiksə istinadla məlumat yayıb. O, hansı ölkələrin nəzərdə tutulduğunu açıqlamayıb.

Bundan əvvəl isə Tramp CNN-ə müsahibəsində qeyd etmişdi ki, terrorçuların çox fəal olduğu ölkələrdən belə müsəlmanlar ABŞ-a gələ bilərlər. Amma bunun üçün onlar ciddi yoxlamadan keçməli olacaqlar.

Xatırladaq ki, ötən ilin dekabr ayında Tramp özünün ən qalmaqallı açıqlamalarından birini vermişdi. San-Bernardinodakı atışmadan sonra o, “müsəlmanların ABŞ-a girişinin bütünlüklə qadağan olunamasına” çağırmışdı. Tənqidlərə cabında isə milyarder qeyd etmişdi ki, “İslam bizə nifrət edir”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...