Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Tramp Netanyahunu yenə pərt etdi

Tramp: “Vaşinqtonda bu variant nəzərdən keçirilmir”.

“ABŞ səfirliyinin Yerusəlimə köçürülməsi bu il baş tutmayacaq”.

Din.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinə müsahibəsində ABŞ prezidenti Donald Tramp bildirib.

İsrailin baş naziri Benyamin Netanyahunun bəyanatını şərh edən Tramp “Biz müxtəlif ssenarilərdən danışırıq. Vaşinqtonda bu variant nəzərdən keçirilmir. Bu, bir ildən çox vaxt tələb edir” deyib.

B.Netanyahu ötən gün Hindistan səfərində bəyan edib ki, ABŞ ilin sonunadək səfirliyini Tel-Əvivdən Yerusəlimə köçürəcək.

Qeyd edək ki, dekabrın 6-da prezident Donald Tramp Yerusəlimin İsrailin paytaxtı kimi tanınmasını və ABŞ-ın Tel-Əvivdəki səfirliyini Yerusəlimə köçürüləcəyini bəyan edib. / A24.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...