Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Tramp: “Prezident seçilsəm Londonun müsəlman merini…”

Trampa Sadiq Xanın London meri seçilməsi haqda sual ünvanlanıb

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp yenə gündəmdədir.

Din.az Ölkə.Az-a istinadən xəbər verir ki, seçkiqabağı kampaniyası zamanı müsəlmanları ABŞ-a buraxmayacağına söz verən Tramp Londonun yeni seçilmiş müsəlman meri üçün istisna halının olacağını deyib.

Trampa Sadiq Xanın London meri seçilməsi haqda sual ünvanlanıb və gələcəkdə onun ABŞ-a buraxılıb-buraxılmayacağı haqda soruşulub.

“Bilirsiniz, istisna halları həmişə var. Sözün düzü mən Sadiq Xanın London meri seçilməsinə ürəkdən sevinirəm. Amma unutmayın ki, Londonda müsəlman radikallarının yaşadığı rayonlar var və ora hətta polis belə girməyə qorxur”, deyə Tramp özünəməxsus tərzdə jurnalistlərin suallarını cavablandırıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...