Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Tramp qaydanı yenə dəyişdi – İftar verəcək

İslam təşkilatlarının rəhbərləri üçün şam yeməyinin verilməsi ənənəsi bərpa olunur.

Tramp Ramazan ayı münasibəti ilə şam yeməyinin verilməsi ənənəsini bərpa etməyə qərar verib.

ABŞ prezidenti Donald Tramp Ağ Evdə iftar verəcək. Din.az bildirir ki, bu barədə Sputnik Azərbaycan “New York Times”-a istinadən xəbər verir.

Tramp müsəlmanların müqəddəs Ramazan ayı münasibəti ilə İslam təşkilatlarının rəhbərləri üçün şam yeməyinin verilməsi ənənəsini bərpa etməyə qərar verib.

Qeyd edək ki, ötən il Donald Tramp 1999-cu ildən bəri Ağ Evdə iftar verilməsi ənənəsini pozmuşdu. Bunun əvəzinə ABŞ prezidenti və xanımı şotlandiyalı aktrisa Luiz Linton və maliyyəçi Stiven Mnuçinin toy mərasiminə qatılmışdı. Bu isə ölkədəki müsəlman icmasının sərt tənqidinə məruz qalmışdı.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...