Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Tramp qəbristanlığa getməkdən imtina edib

Prezident “Bois Belleau” qəbristanlığına getməkdən imtina edib.

ABŞ prezidenti Donald Tramp amerikalıların Fransada dəfn edildiyi “Bois Belleau” qəbristanlığına getməkdən imtina edib.

Din.az bildirir ki, bu barədə BFMTV Ağ Evə istinadən məlumat yayıb.

Məlumata görə, bu, pis hava şəraiti ilə bağlı olub. Donald Tramp Birinci Dünya Müharibəsinin başa çatmasının 100 illiyi ilə əlaqədar Parisə gəlib. O, bu gün Yelisey Sarayında Fransa prezidenti Emmanuel Makronla görüşüb.

Birinci Dünya Müharibəsinin başa çatmasının 100 illiyi ilə əlaqədar keçirilən foruma dünyanın bir neçə ölkəsinin dövlət başçıları qatılacaq. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...