Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Tramp Qüdsdə yer axtarır

Pens: “Bildiyiniz kimi, konsulluğumuz Qüdsdə yerləşir”.

“Səfirliyimizin Qüdsə köçürülməsi üçün bir neçə il vaxt lazım olacaq”

“İsraildəki səfirliyimizin Təl-Əvivdən Qüdsə köçürülməsi üçün bir neçə il vaxt lazım olacaq”.

Din.az Sputnik Azərbaycana istinadən xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens canlı efirdə deyib.

“Hazırda bununla bağlı işlər gedir. Planlar mövcuddur. Bildiyiniz kimi, konsulluğumuz Qüdsdə yerləşir. Prezident yer seçimi və lazımi infrastrukturun formalaşdırılması ilə bağlı göstəriş verəcək. Düşünürəm ki, lenti kəsməzdən əvvəl bir neçə il vaxt lazım gələcək” – Pens bildirib.

ABŞ-ın vitse-prezidenti, həmçinin əlavə edib ki, son 20 ildə Konqresin qərarı olmasına baxmayaraq, Donald Trampa qədər heç bir prezidentin bu addımı atmağa qətiyyəti çatmayıb.

Xatırladaq ki, Birləşmiş Ştatlar prezidenti Donald Tramp ötən il Qüdsü İsrailin paytaxtı kimi tanıdığını açıqlayaraq İsraildəki səfirliyin Təl-Əvivdən Qüdsə köçürüləcəyini bildirib.

 

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...