Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

TRAMP RAMAZANLA BAĞLI BÜTÜN MÜSƏLMANLARA SƏSLƏNDİ

Donald Tramp müsəlmanları təbrik etdi.

ABŞ Prezidenti Donald Tramp müsəlmanları Ramazan ayının başa çatması münasibətilə təbrik edib.

Din.az “A24.az”a istinadən xəbər verir ki, prezidentin təbriki Ağ ev tərəfindən yayılıb.

Təbrikdə qeyd olunur ki, ABŞ müsəlmanları müqəddəs Ramazan ayında bütün dünya müsəlmanları ilə birləşərək diqqəti xeyirxah işlərə yönəldirlər. Onlar bayramı ailələri və dostları ilə qeyd edərək, qonşulara yardım və çörəyi ən müxtəlif həyat tərzinə malik insanlarla bölüşmək kimi ənənələrə əməl edirlər.

“ABŞ bütün dünya müsəlmanları ilə birlikdə bu dəyərlərə sadiqliyini ifadə edir” – təbrikdə belə deyilir.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...