Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Tramp səfirliyi Qüdsə köçürmək üçün pul ödəyib

Tramp 2017-ci ilin dekabında Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan etmişdi.

Tramp administrasiyası İsraildəki ABŞ səfirliyinin Qüdsə köçürülməsi üçün Baş nazir Benyamin Netanyahunun köməkçilərindən birinin hüquq firmasına 150 min dollar pul ödəyib.

Din.az xəbər verir ki, bu barədə İsrailin “Haaretz” qəzeti məlumat yayıb.

Sözügedən hüquq firmasının ortaqlarından olan Şimronun Netanyahunun qohumu və ailəsinin vəkili, digər ortağı Molhonun isə Şimronun qaynı olduğu bildirilir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 2017-ci ilin dekabın 6-da Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan etmişdi. Bu ilin mayın 14-də ABŞ-ın Qüdsdə səfirliyinin rəsmi açılış mərasimi baş tutmuşdu.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...